Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcək

Fərdi
  • 26 sentyabr, 2018
  • 08:37
Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının III turu keçiriləcək.

“Report” xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Sloveniya yığması ilə qarşılaşacaq. Qadınların yarışında isə rəqib İngiltərə kollektivi olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan - Sloveniya

Şəhriyar Məmmədyarov - Yure Borişek

Arkadi Naydiç - Matey Şebenik

Rauf Məmmədov - Yure Şkoberne

Eltac Səfərli - Boris Markoja

Ş.Məmmədyarovla R.Məmmədov ağ, A.Naydiç və E.Səfərli isə qara fiqurlarla oynaycaqlar.

İngiltərə - Azərbaycan

Yovanka Quska - Günay Məmmədzadə

Akşaya Kalayyalaxan - Zeynəb Məmmədyarova

Dagne Çiukşite - Xanım Balacayeva

Luiza Hed - Gülnar Məmmədova

Z.Məmmədyarova ilə G.Məmmədova ağ, G.Məmmədzadə və X.Balacayev isə qara fiqurlarla oynayacaqlar.

Qeyd edək ki, Azərbaycanın hər iki komandası ilk iki turda qələbə qazanıb.

44 - Tezliklə