Azərbaycan üzgüçüsü dünya çempionatında üçüncü medalını qazanıb

Fərdi
  • 02 avqust, 2023
  • 17:56
Azərbaycan üzgüçüsü dünya çempionatında üçüncü medalını qazanıb

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 3-cü medalını qazanıb.

"Report"un məlumatına görə, üçqat paralimpiya çempionu 50 metr məsafəyə sərbəst üzməkdə 24.40 saniyə nəticə göstərərək üçüncü yeri tutub.

Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş, eyni məsafəyə butterflyay üsulunda üzməkdə isə bürünc medala sahib çıxıb.