Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib
Fərdi
- 06 sentyabr, 2022
- 13:42
Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Valensiya şəhərində keçirilən Dünya Kubokunun növbəti mərhələsində 20-ci yeri tutub.
Azərbaycan Triatlon Federasiyasından "Report"a verilən məlumata görə, bu nəticə 35 yaşlı idmançıya qlobal şəxsi reytinqini yaxşılaşdırmaq imkanı yaradıb. O, 6 pillə irəliləyərək, 64-cü pilləyə yüksəlib.
Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün reytinqdə ilk 55 idmançı arasında olmalıdır.
Qeyd edək ki, Dünya Kubokunda braziliyalı Manoel Messias qızıl, ispaniyalı Mario Mola gümüş, ABŞ-dan olan Metyu Makelroy isə bürünc medal qazanıb. İlk "onluq"da İspaniyanın 5 təmsilçisi yer alıb.
Son xəbərlər
06:06
Çinin J-10C qırıcıları Özbəkistanda döyüş növbətçiliyinə başlayıb
Digər ölkələr05:45
Nikuşor Dan: ABŞ-nin Rumıniyada hərbi iştirakının genişləndirilməsi prioritetdir
Digər ölkələr05:17
İordaniya öz hava məkanında səkkiz raketin ələ keçirildiyini bildirib
Digər ölkələr04:52
Platini İnfantinonu FİFA prezidenti postundan getməyə çağırıb
Digər ölkələr04:24
Cevdet Yılmaz dövlət başçısının səlahiyyətlərini icra edəcək
Region04:16
Bursada 100-dən çox şəxs toyda yeməkdən zəhərlənib
Region03:43
Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb
Digər ölkələr03:14
SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB
Digər ölkələr02:45