Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq

Fərdi
  • 08 oktyabr, 2026
  • 11:18
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov (58 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək Qran-pri turnirində iştirak eedəcək.

Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında oktyabrın 9-da mübarizəyə qoşulacaq.

Oktyabrın 11-nə qədər davam edəcək Qran-pri Olimpiadaya reytinq xalları qazandıran mühüm yarışlardan biridir.

Yarışda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Azərbaycanı hakim kimi təmsil edəcək.

44 - Tezliklə