Azərbaycan parataekvondoçuları Özbəkistanda təlim-məşq toplanışı keçirlər

Fərdi
  • 26 mart, 2024
  • 09:00
Azərbaycan parataekvondoçuları Özbəkistanda təlim-məşq toplanışı keçirlər

Parataekvondo üzrə Azərbaycan millisi hazırlığını davam etdirir.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komanda növbəti təlim-məşq toplanışını Özbəkistanın paytaxtı Daşkənddə keçir.

Hazırlıq prosesi aprelin 9-dək davam edəcək.

Qeyd edək ki, yığma Daşkəndə 8 parataekvondoçu və 2 məşqçi ilə yollanıb.

44 - Tezliklə