Azərbaycan paracüdoçuları Tbilisidə Dünya Kubokunda mübarizə aparacaqlar
Fərdi
- 24 mart, 2026
- 11:00
Azərbaycanın paracüdo millisinin üzvləri Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda qüvvələrini sınayacaqlar.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Martın 24-dən 25-nə qədər keçiriləcək yarışda ölkəmizi həm kişi, həm də qadın idmançılar təmsil edəcəklər. Kişilərin mübarizəsində İsmayıl Muradov (J1, 70 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Mehman Hüseynov (J1, +95 kq) tatami üzərinə çıxacaqlar.
Qadın paracüdoçulardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mükafatlar uğrunda yarışacaqlar.
Komanda turnirə baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərliyi altında yollanıb.
Son xəbərlər
16:46
Tufandağ buzlağında növbəti monitorinq və tədqiqat işləri aparılıb
Ekologiya16:46
Rotterdamda partlayış baş verib, ölən və yaralananlar var
Digər ölkələr16:42
Azərbaycan paracüdoçuları Avropa çempionatında iştirak edəcəklər
Fərdi16:38
Şahbuzun bəzi hissələrində işıq olmayacaq
Energetika16:35
Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 14 %-dən çox artırıb
Biznes16:35
Foto
Azərbaycan, Macarıstan və Qazaxıstan hərbi informasiya sahəsində əməkdaşlığı müzakirə edib
Hərbi16:32
"Latsio" Davide Frattesinin transferini "İnter"lə razılaşdırıb
Futbol16:29
Qalib Əbdüləliyev: Samuxda yoluxma ehtimalı olan təsərrüfatdakı heyvanlar nəzarətdədir
Sağlamlıq16:27