Azərbaycanın daha bir parabadmintonçusu Avropa çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB
- 04 oktyabr, 2025
- 14:48

Azərbaycanın daha bir parabadmintonçusu İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
"Report" məlumatına görə, idmançı kişilərin qoşa yarışında SU-5 kateqoriyasında buna nali olub.
O, polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada İspaniya təmsilçiləri Manuel Qarsiya-Pablo Serrano qoşasına 2:0 (21-16,21-16) hesabı ilə qalib gəlib.
Daha öncə digər parabadmintonçu Zəhra Salmanlı qitə çempionatında finala adlayıb.
Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, 14 yaşlı idmançı Azərbaycan badmintonu tarixində ilk dəfə qitə çempionatında qarışıq qoşa kateqoriyada finala yüksəlib.
SH-6 kateqoriyasında ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə tandem təşkil edən Z.Salmanlı yarımfinalda polşalı Daria Bujniçka və şotland Endryu Deyvis qoşasına 2:0 (21-18,21-10) hesabı ilə qalib gələrək turnirdə həlledici qarşılaşmaya vəsiqə qazanıb