Azərbaycan nümayəndə heyəti paralimpiada üçün Pekinə yollanıb
Fərdi
- 02 mart, 2022
- 06:25
Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.
"Report" xəbər verir ki, Azərbaycan Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov heyətdə yer alıb.
Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə açılış mərasimində bayrağı daşıyacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.
Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.
Son xəbərlər
09:24
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Region09:17
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Yunanıstan və Ermənistanla qarşılaşacaqlar
Fərdi09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.09.2026)
Maliyyə09:00
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Tacikistan yığması ilə üz-üzə gələcək
Futbol08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.09.2026)
Maliyyə08:57
Makron: Fransa Hörmüz boğazında yalnız müdafiə əməliyyatında iştiraka hazırdır
Digər ölkələr08:52
Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur08:38
Yaponiyada "Duszyuan" tayfunu doqquz nəfərin ölümünə səbəb olub
Digər ölkələr08:21
Foto