Azərbaycan millisinin məşqçisi: "Məqsəd yarışlarda özümüzü yaxşı təqdim etmək idi"
- 08 oktyabr, 2025
- 17:20

Azərbaycan komandasının məqsədi III MDB Oyunlarında özünü mümkün qədər yaxşı təqdim etmək olub.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycanın bədii gimnastika üzrə yeniyetmələrdən ibarət yığmasının məşqçisi Marqarita Atanasova jurnalistlərə açıqlamasında deyib.
O, yarışda çox böyük rəqabət olduğunu vurğulayıb:
"Məqsədimiz hərəkətlərimizi mümkün qədər yaxşı təqdim etmək idi və əlbəttə ki, medallar da qazanıldı. Çox sevinirəm ki, qızlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Çox böyük rəqabət var. Bütün komandalar qələbə, medallar qazanmağa, səhvsiz hərəkət etməyə çalışırlar. Bu, çox vacibdir. Amma bunun öhdəsindən gəldik və hələ çox işimiz var. Üzərimizdə işləyəcəyik".
Qeyd edək ki, Azərbaycan bədii gimnastları III MDB Oyunlarını 4 gümüş, eyni sayda bürünc medalla başa vurublar.