Azərbaycan millisinin baş məşqçisi: "III MDB Oyunlarına hazırlığımız yaxşı keçmişdi"
- 29 sentyabr, 2025
- 15:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarına yaxşı hazırlaşıblar.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə bunu Azərbaycanın gənclərdən ibarət stolüstü tennis yığmasının baş məşqçisi Elnur Hidayətzadə jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan idmançılarının güclü olduğunu vurğulayıb:
"Uşaqlar çox gözəl çıxış etdilər. Gözlədiyimizdən daha yüksək əzmlə vuruşdular. Uşaqlarda ruh yüksəkliyi çox idi. Qızıl medal qazanmağa çalışırdıq. Çünki hazırlığımız yaxşı keçmişdi və idmançılarımız güclüdür. Təəssüf ki, alınmadı. Amma digər əyarlarda mükafatlar qazana bildik".
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında 6 gümüş, 3 bürünc medalla ikinci pilləni tutublar.