Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatı boksçularımız üçün uğurlu alındı"

Fərdi
  • 18 dekabr, 2025
  • 13:33
Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatı boksçularımız üçün uğurlu alındı

Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatı Azərbaycan boksçuları üçün uğurlu alınıb.

Bunu "Report"a açıqlamasında qadın boksçulardan ibarət millinin baş məşqçisi İlkin Ağayev deyib.

Mütəxəssis qızıl medal qazanan Gülər Hüseynovanın çıxışına toxunub:

"Avropa çempionatı boksçularımız üçün uğurlu alındı. Komanda turniri 2 qızıl, 2 gümüş medalla başa vurdu. Qadın millimizin üzvlərindən Gülər Hüseynova qızıl medal qazandı. Çox gözəl döyüşdü, gələcəyi parlaq görünən idmançıdır. Digər boksçularımızın da çıxışından razı qaldım. Çox güclü rəqiblərlə qarşılaşdılar. Növbəti yarışlarda da boksçularımızdan uğur gözləyirik".

Qeyd edək ki, Azərbaycan boksçuları U-17 Avropa çempionatını 4 medalla başa vurublar. Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) qızıl, Şahin Aslanovla (60 kq) Şükar Əliyev (75 kq) isə gümüş medal əldə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti