Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcəklər

Fərdi
  • 24 sentyabr, 2026
  • 09:00
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcəklər

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda VIII turda Hindistanla üz-üzə gələcək.

Qadınlar Argentinadan olan rəqibləri ilə qarşılaşacaqlar.

Yeddi turdan sonra kişilərdən ibarət kollektiv 12 xalla 5-ci, qadınlardan ibarət milli isə 10 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.