III MDB Oyunları: Azərbaycan qılıncoynadanları günü 1 medalla başa vurublar - YENİLƏNİB

Fərdi
  • 06 oktyabr, 2025
  • 16:19
III MDB Oyunları: Azərbaycan qılıncoynadanları günü 1 medalla başa vurublar - YENİLƏNİB

Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında günü 1 medalla başa vurublar.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, Mirxətai Məmmədov yarımfinalda Roman Selyutinə (Rusiya) uduzub.

O, şpaqa üzrə yarışda bürünc medalla kifayətlənib.

Qeyd edək ki, ümumilikdə qılıncoynatma millisinin heyətində 6 bürünc medal var.

Azərbaycan III MDB Oyunlarında daha bir bürünc medalı təmin edib.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, buna səbəb şpaqa növündə mübarizə aparan Mirxətai Məmmədov ilə Vahab Fətullayevim 1/4 finalda bir-birlərinə rəqib olmasıdır.

İki qılıncoynadandan biri yarımfinala yüksələcəyi üçün Azərbaycan daha bir medalı təmin edib.

Oruc Misirzadə isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti