Azərbaycan idmançılarının iştirak edəcəyi yarış 2023-cü ilə təxirə salındı

Fərdi
  • 02 may, 2020
  • 08:29
Azərbaycan idmançılarının iştirak edəcəyi yarış 2023-cü ilə təxirə salındı

2021-ci ildə keçirilməsi planlaşdırılan Dünya Çimərlik Oyunları təxirə salınıb. 

"Report" "Reuters" ə istinadən xəbər verir ki, yarış 2023-cü ildə olacaq. 

Qərar idmançıların 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarına hazırlaşması üçün qəbul olunub. 

Qeyd edək ki, ötən il Dünya Çimərlik Oyunları Qətərdə baş tutub. Yarışa 7 idmançı ilə qatılan Azərbaycan komandası 5 medal qazana bilib. Növəbti yarış üçün Hon Konq və ABŞ namizədliyini irəli sürüb. 

44 - Tezliklə