Azərbaycan idmançıları Moskva Qran-prisində iştirak edə bilərlər
Fərdi
- 16 sentyabr, 2020
- 09:47
Rusiya ərazisində məşq edən Azərbaycan, Belarus və Gürcüstan idmançıları fiqurlu konkisürmə üzrə Qran-prinin Moskva mərhələsində çıxış etmək imkanı qazanacaqlar.
"Report"un məlumatına görə, bu barədə "TASS"a Beynəlxalq Konkisürmə İttifaqının (ISU) vitse-prezidenti Aleksandr Lakernik deyib.
O bildirib ki, yarışa məhdud sayda iştirakçı buraxılacağından hər şeyin əvvəlcədən həll edilməsinə ehtiyac var: "Qran-pridə ölkəmizdə məşq edən idmançılar mübarizə apara bilərlər. Həmçinin ölkə xaricindən də gələnlər ola bilər. Amma hələlik uçuşlarla bağlı vəziyyət tam aydın deyil".
Lakernikin sözlərinə görə, Moskva Qran-pridən əvvəl Rusiya Kubokununun iki mərhələsinə də ev sahibliyi edəcək.
Qeyd edək ki, yarışın 20-22 noyabrda keçirilməsi planlaşdırılır.
Son xəbərlər
10:19
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Digər10:18
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
Din10:13
Foto
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
Elm və təhsil10:06
"Neftçi" Sloveniyada ilk yoxlama matçını keçirəcək
Futbol10:03
Almaniyada xəstəxana yanıb: 2 pasiyent ölüb, 34 nəfər xəsarət alıb
Digər ölkələr10:00
Foto
Bakıda Ukrayna universitetlərinin rəsmi təhsil sərgisi keçiriləcək
Elm və təhsil09:59
Azərbaycanın basketbol millisi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək
Komanda09:58
Çində yol qəzasında 8 nəfər ölüb
Digər ölkələr09:58