Azərbaycan idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər - FOTO
Fərdi
- 05 mart, 2016
- 07:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və AFFA nümayəndələri 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Fəxri xiyabanda olublar. "Report"un məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov və qurumun digər rəsmi şəxsləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, qəbri üstünə gül dəstələri qoyublar.
Ziyarət zamanı oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Jurnalistlərin suallarını cavablandıran nazir A.Rəhimov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib, idman uğurlarının bol olmasını arzulayıb.
Son xəbərlər
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur