Azərbaycan güləşçisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub - YENİLƏNİB-2
- 19 noyabr, 2025
- 20:24
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
"Report"un məlumatına görə, idmançı finalda Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, Elnurə Məmmədova (50 kq) bürünc medal qazanıb.
Azərbaycanın qadın güləşçisi Elnura Mammadova (50 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.
"Report"un məlumatına görə, idmançı üçüncü yer uğrunda görüşdə Əlcəzair təmsilçisi Çeyma Şebilanı 5:0 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş medal əldə edib. Jalə Əliyeva (57 kq) isə final qarşılaşmasına çıxacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
"Report"un məlumatına görə, idmançı finalda İran təmsilçisi Mohammadhadi Saraviyə 1:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) qızıl, Elnura Mammadova (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.