III MDB Oyunları: Azərbaycanın yunan-Roma güləşçiləri yarışı 6 medalla başa vurublar - YENİLƏNİB-3
- 07 oktyabr, 2025
- 19:43

Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışlarına yekun vurulub.
"Report"un Qərb bürosu xəbər verir ki, 10 çəki dərəcələri üzrə qaliblər məlum olub.
Azərbaycanı təmsil edən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olublar. Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) - gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıblar.
III MDB Oyunlarının yunan-Roma güləşi yarışında daha bir Azərbaycan güləşçisi qızıl medala sahib çıxıb
"Report"un Qərb bürosu xəbər verir ki, İslam Sultanov (71 kq) finalda uğurlu çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan başqa, Hikmət Haqverdiyev (55 kq) bürünc medalla kifayətlənib.
III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarış davam edir.
"Report"un Qərb bürosu xəbər verir ki, Azərbaycan təmsilçisi Əli Nəzərov (60 kq) rusiyalı rəqibi İvan Kozlovu məğlub edərək qızıl medala sahib çıxıb.
Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Elşad Abbasov (51 kq) finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb.
Rəqibinə 6:0 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.
Daha əvvəl Yusif Mirzəyev gümüş mükafata sahib çıxıb.