Azərbaycan güləşçisi Emin Cavadlı U-20 dünya çempionatında bürünc medal qazanıb
Fərdi
- 18 avqust, 2026
- 21:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
"Report" xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.
Azərbaycan təmsilçisi Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb.
Rəqibinə heç bir şans tanımayan təmsilçimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.
Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.
Son xəbərlər
02:38
NYT: Ağ Evin mətbuat katibi beş günlük işdən sonra vəzifəsindən çıxarılıb
Digər ölkələr
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
01:50
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub
Region
01:28
Foto
"Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib
Energetika
00:56
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
Daxili siyasət
00:46
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
Region
00:09
Foto
Video
Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
Hadisə
00:01
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Daxili siyasət
00:00
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət