Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib
Fərdi
- 20 avqust, 2025
- 19:47
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
"Report" xəbər verir ki, yarışın dördüncü günündə Ruzanna Məmmədova (62 kq) ən azı gümüş medalı özü üçün təmin edib.
Avropa çempionu startda qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0) qalib gəlib. 1/4 finalda özbəkistanlı Nigina Sabirovayla qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Rəqibi üzərində 3:2 hesablı əzmkar qələbə qazanan Məmmədova yarımfinalı rahat keçib. Türkiyəli Büşra Efeni “tuş”la məğlub edən Ruzanna karyerasında ilk dəfə U20 dünya çempionatının finalına yüksəlib.
Güləşçimiz sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.
Son xəbərlər
15:40
Azərbaycan Mərkəzi Bankının dövriyyədəki notlarının dəyəri 1 milyard manatı keçib
Maliyyə15:35
Xəzər İbrahim: Çolpon-Ata sammiti Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar açır
Xarici siyasət15:30
Almaniyada iri tədqiqat mərkəzində partlamamış mərmi aşkarlanıb – EKSKLÜZİV - YENİLƏNİB
Digər ölkələr15:26
"FİNKA Azərbaycan" BOKT 5 milyon manatlıq istiqraz buraxır
Maliyyə15:24
Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq
Digər ölkələr15:21
"Ordu" voleybol klubu heyətini Mixal Kubyakla gücləndirib
Komanda15:18
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə15:17
İki mütəşəkkil cinayətkar dəstə başçısı Gürcüstandan Türkiyəyə ekstradisiya edilib
Region15:14