Azərbaycan güləşçiləri dünya çempionatına hazırlıqlarını davam etdirirlər

Fərdi
  • 13 oktyabr, 2023
  • 07:15
Azərbaycan güləşçiləri dünya çempionatına hazırlıqlarını davam etdirirlər

Azərbaycanın güləş üzrə milli komandaları Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23 dünya çempionatına hazırlıqlarını davam etdirirlər.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, sərbəst güləşçilər Rusiyada təlim-məşq toplanışındadırlar.

Vladiqafqazda reallaşan hazırlıq prosesi oktyabrın 18-dək davam edəcək. Yunan-Roma və qadınlardan ibarət komandalar isə mundiala Bakıda hazırlaşırlar.

Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 23-29-u aralığında gerçəkləşəcək. “Feti Borova” İdman Kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Yarışda I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.