Azərbaycan gimnastları Türkiyədə 2 qızıl, 2 gümüş medal qazanıblar
Fərdi
- 04 oktyabr, 2021
- 11:18
Azərbaycan gimnastları İzmir şəhərində təşkil olunmuş batut üzrə Türkiyə çempionatında uğurlu çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, böyüklər arasında Selcan Mahsudova, 13-14 yaşlı gimnastlar arasında isə Maqsud Mahsudov qızıl medal qazanıb. Onunla eyni yaş qrupunda çıxış edən Mehdi Əliyev 7-ci olub.
M.Mahsudov, Mehdi Əliyev və Hüseyn Abbasov 13-14 yaşlılar arasında komanda hesabında 2-ci yeri tutublar. Daha bir medalı isə 10-12 yaşlı gimnastların mübarizəsində Ammar Baxşaliyev qazanıb. O da fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycanı yarışda Selcan Mahsudova, Maqsud Mahsudov, Hüseyn Abbasov, Mehdi Əliyev, İbrahim Mustafazadə və Ammar Baxşaliyev təmsil edib.
Son xəbərlər
23:26
Pezeşkian Trampın İrandakı etirazçılara dəstəyini cəfəngiyyat adlandırıb
Digər23:22
Foto
Video
Astarada ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib-2
Hadisə23:13
İsveçrədə Kran-Montana barının sahiblərinə qarşı istintaq başlayıb
Digər ölkələr23:01
Ukrayna Prezidenti Trampın komandası ilə Parisdə görüşəcək
Digər ölkələr22:46
"Qarabağ" qış fasiləsində "Neftçi" ilə yoxlama oyunu keçirəcək
Futbol22:39
Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı Ukraynanın şərtlərini açıqlayıb
Digər ölkələr22:31
Ukrayna Prezidenti genişmiqyaslı kadr dəyişiklikləri barədə anons verib
Digər ölkələr22:03
Türkiyədə 4.7 maqnitudalı zəlzələ baş verib
Region21:53