Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə 6 qızıl medal qazanıblar

Fərdi
  • 12 iyul, 2024
  • 18:10
Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə 6 qızıl medal qazanıblar

Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri İtaliyada keçirilən Roma Kuboku beynəlxalq turnirində 6 qızıl medal qazanıblar.

"Report" xəbər verir ki, Mira Özel top və halqa, Fatimə Tarverdiyeva və Məryəm Baloğlanova isə top və gürzlər ilə hərəkətlərdə toplam 6 qızıl medala sahib çıxıblar.

Qeyd edək ki, yarış iyulun 14-dək davam edəcək.