Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2

Fərdi
  • 22 fevral, 2026
  • 15:27
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2

Azərbaycan batutçuları Bakıda keçirilən Dünya Kubokunda növbəti medal qazanıblar.

"Report"un məlumatına görə, Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü sinxron proqramda üçüncü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Selcan Mahsudova gümüş medal qazanıb. Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlüyü də bürünc mükafat əldə edib.

Azərbaycan batutçuları Bakıda keçirilən Dünya Kubokunda daha bir medal qazanıblar.

"Report"un məlumatına görə, Selcan Mahsudova - Şəfiqə Hümbətova dueti sinxron proqramda üçüncü yeri tutublar.

Beləliklə, gimnastlar bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Selcan Mahsudova gümüş medal qazanıb.

Azərbaycan gimnastı Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda medal qazanıb.

"Report"un məlumatına görə, batutçunun fərdi proqramda çıxışı uğurlu alınıb.

S.Mahsudova 56.440 balla gümüş mükafata sahib çıxıb.

Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatacaq.