Azərbaycan boksçuları dünya çempionatlarında 20-ci medalı qazanıb
Fərdi
- 04 noyabr, 2021
- 16:11
Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb.
"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançının Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.
“Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçuların həm də 20-ci mükafatıdır.
Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.
Son xəbərlər
12:11
Gürcüstanın Baş naziri: ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyirik
Region12:05
Foto
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib
Daxili siyasət12:01
Luka Modriç Xorvatiya millisindəki rekordunu yeniləyib
Futbol12:00
Foto
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Daxili siyasət11:52
Foto
Xankəndidə Anım Gününə həsr olunmuş tədbir keçirilib
Daxili siyasət11:48
Video
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Daxili siyasət11:34
Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası ən vacib vəzifələrimizdəndir
Region11:31
Lerik rayonunda zəlzələ olub
Hadisə11:26