Azərbaycanın iki cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb - YENİLƏNİB

Fərdi
  • 08 noyabr, 2025
  • 19:59
Azərbaycanın iki cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb - YENİLƏNİB

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad da keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 52 kq-da Aydan Vəliyeva özbəkistanlı rəqibinə qalib gəlib.

Ruslan Paşayev (66 kq) isə Qırğızıstan təmsilçisindən üstün olub.

Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, o, finalda məğlub olub.

K.Əliyeva həlledici görüşdə Tuğçe Bederə (Türkiyə) uduzub.

Qeyd edək ki, bu Azərbaycan cüdoçularının yarışda ilk medalı olub.

Son xəbərlər

Bütün Xəbər Lenti