Azərbaycan cüdoçusu Turan Bayramov "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb - YENİLƏNİB
- 20 mart, 2026
- 18:45
Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
"Report" xəbər verir ki, o, finalda Nurkanat Serikbayevə (Qazaxıstan) uduzmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.
Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.
"Report" xəbər verir ki, o, yarımfinalda Gürcüstanı təmsil edən Tornike Qiqaurini üstələyib.
Bayramov rəqibinə ipponla qalib gəlib.
Onun həlledici mərhələdəki rəqibi Nurkanat Serikbayev (Qazaxıstan) olacaq.
Qeyd edək ki, digər təmsilçilərimizdən Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.