Azərbaycan cüdoçusu Özbəkistanda keçirilən yarışda bürünc medal qazanıb

Fərdi
  • 10 noyabr, 2018
  • 13:29
Azərbaycan cüdoçusu Özbəkistanda keçirilən yarışda bürünc medal qazanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışında Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə bürünc medal qazanıb. 

“Report” xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu 3-cü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.

Qeyd edək ki, Özbəkistan Qran-prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.

44 - Tezliklə