Azərbaycan cüdoçuları üçün maarifləndirmə tədbiri təşkil olunub

Fərdi
  • 09 yanvar, 2026
  • 12:24
Azərbaycan cüdoçuları üçün maarifləndirmə tədbiri təşkil olunub

Azərbaycan cüdoçuları üçün maarifləndirmə tədbiri təşkil olunub.

"Report" Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, qurumun rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında yeniyetmə qızlardan ibarət yığmanın üzvlərinə sosial media təlimi keçirilib.

Təlimin əsas məqsədi idmançıların sosial şəbəkələrdə məsuliyyətli davranışı, media qarşısında özünü doğru ifadə etməsi və milli komandanın imicinin qorunması prinsiplərini aşılamaq olub.

Görüş zamanı şəxsi hesabların idarə edilməsi, paylaşım mədəniyyəti, etik qaydalar və tənqidlərə düzgün reaksiya verilməsi kimi mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin yanlış məlumatların yayılmasının qarşısının alınması və ACF-nin kommunikasiya siyasətinə uyğun məzmun paylaşımı ilə bağlı tövsiyələr verilib.

Sonda idmançının rəqəmsal imicinin onun karyerasına və komandanın nüfuzuna təsiri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti