Azərbaycan cüdoçuları Tbilisidə Avropa çempionatında mübarizəyə başlayır
- 16 aprel, 2026
- 09:00
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayırlar.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, ilk yarış günündə milli komandanın 7 üzvü tatamiyə çıxacaq.
Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), qadınlardan Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar.
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev – Qal Blajiç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə
66 kq, 1/16 final
Turan Bayramov – Nikolas Kuntse (Almaniya)
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva – Amber Qersyes (Niderland)
Şəfəq Həmidova – Erza Muminoviç (Kosova)
52 kq, 1/16 final
Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.