Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb

Fərdi
  • 20 aprel, 2024
  • 23:01
Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyanın Liqnano şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl və 1 bürünc medala sahib olub.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə oğlanlar arasında 2 çəki dərəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

60 kq çəkidə Nizami İmranov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 66 kq-da Məhəmməd Musayev isə bürünc medal əldə edib.