Cüdo Federasiyasının rəsmisi: "Avropa Cüdo Ümidləri" turnirində əsas məqsədlərdən biri seminarların keçirilməsidir"

Fərdi
  • 26 iyul, 2025
  • 12:17
Cüdo Federasiyasının rəsmisi: Avropa Cüdo Ümidləri turnirində əsas məqsədlərdən biri seminarların keçirilməsidir
Kamran Talıbov

"Avropa Cüdo Ümidləri" turnirində əsas məqsədlərdən biri kodakan seminarlarının keçirilməsidir.

“Report” xəbər verir ki, bunu Azərbaycanda keçirilən “Avropa Cüdo Ümidləri” beynəlxalq turniri çərçivəsində Cüdo Federasiyasının (ACF) idman direktoru və baş katibin müavini Kamran Talıbov jurnalistlərə açıqlamasında deyib.

O, turnirin məqsədlərindən danışıb:

"Avropa Cüdo Ümidləri" turnirinin iki gün ərzində keçirilməsi nəzərdə tutulub. Bu müddət ərzində yarışdan əlavə, 13 və 15 yaşadək uşaqlar üçün seminarların da keçirilməsi nəzərdə tutulub. Yarışın əsas məqsədlərindən biri seminarların da təşkil olunmasıdır. Seminarlarda həm texniki həm taktiki cəhətdən bilik bə bacarıqlar öyrədilir. Bu təkcə yarış deyil, eyni zamanda festival xarakteri də daşıyır"

Qurum rəsmisi belə tədbirlərin dünyada ilk olmadığını vurğulayıb:

"Bu tipli tədbir daha əvvəl başqa ölkələrdə olub. Klublarımız da belə yarışlarda və seminarlarda iştirak ediblər. Burada həm Serbiyadan, Yaponiyadan, həm də yerli mütəxəssislərimiz var. Yarış idarəçiliyi üçün yerli əməkdaşlarla birlikdə Avropa Cüdo Birliyinin nümayəndələri də cəlb olunublar".

Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirə iyulun 27-də yekun vurulacaq.

44 filmi