Azərbaycan Cüdo Federasiyasında hakimliyə namizədlər üçün nəzəri seminar təşkil edilib

Fərdi
  • 04 aprel, 2025
  • 18:51
Azərbaycan Cüdo Federasiyasında hakimliyə namizədlər üçün nəzəri seminar təşkil edilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) inzibati binasında hakimliyə namizədlər üçün növbəti nəzəri seminar təşkil edilib.

"Report" xəbər verir ki, ACF-nin Hakimlər Komitəsinin təşkilatçılığı ilə baş tutan seminarın əsas mövzuları jestlər və səsləndirilən komandalar, eləcə də bu ildən tətbiq edilmiş yeni qaydaların izahı olub.

Sonda hakimliyə namizədlərin sualları cavablandırılıb.