Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub - YENİLƏNİB
- 10 noyabr, 2025
- 23:27
Azərbaycanın qadın boksçusu Aynur Mikayılova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Report"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşı xəbər verir ki, o, 57 kq-da fərqlənib.
O, finalda Özbəkistan idmançısı Xumorabonu Mamajonovana məğlub olub.
Beləliklə, boksçularımız yarışı 7 nəfərə 6 medal olmaqla, 1 qızıl, 3 gümüş, 2 bürünclə başa vurublar.
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
"Report"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşı xəbər verir ki, o, 80 kq-da fərqlənib.
Milli üzvü finalda Türkiyə təmsilçisi Sultan Osmanlını məğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, Azərbaycanın qadın boksçusu Nərgiz Zeynalova (51 kq) finalda Türkiyə təmsilçisi Taskın Aysenə məğlub olaraq gümüş medala sahib olub.