Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar
Fərdi
- 12 mart, 2026
- 11:10
Azərbaycan təmsilçiləri Rza Rzayev (70 kq), Heydər Əzməmmədov (85 kq), Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu "Adriatik incisi" beynəlxalq turnirin medalla başa vurublar.
"Report"un məlumatına görə, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.
Azərbaycan millisi bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Son xəbərlər
18:27
İrandan Azərbaycana indiyədək 3 322 şəxs təxliyə olunub
Digər18:22
İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına başlanılıb
Region18:22
Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Milli Məclis18:18
Azərbaycanda istehlak bazarlarında reqlamentsiz mallara nəzarət tədbirləri ilə bağlı qaydalar təqsdiqlənib
Biznes18:14
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailəyə sosial-psixoloji yardım gözstəriləcək
Sosial müdafiə18:10
Foto
Azərbaycanın ali məktəbləri Qazaxıstanda "Study in Azerbaijan"da öz imkanlarını təqdim ediblər
Elm və təhsil18:08
Şəhriyar Əsgərov: "Quba" klubu boyundan hündürə tullana bilməzdi"
Komanda18:04
Azərbaycanın TOP-10 özəl şirkətinin qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb
Biznes18:02