III MDB Oyunları: Azərbaycan avarçəkənləri ikinci medalı qazanıblar - YENİLƏNİB

Fərdi
  • 05 oktyabr, 2025
  • 11:41
III MDB Oyunları: Azərbaycan avarçəkənləri ikinci medalı qazanıblar - YENİLƏNİB

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası ikinci medalı qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobyanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.

Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal əldə edib.

Azərbaycan avarçəkənləri III MDB Oyunlarına medalla başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal qazanıb.

Qeyd edək ki, avarçəkmə yarışlarına oktyabrın 6-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti