Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar keçirilir

Fərdi
  • 21 sentyabr, 2026
  • 15:38
Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar keçirilir

Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar keçirilir.

Qurumdan "Report"a verilən məlumata görə, seminarın ilk günündə xaricdən dəvət olunmuş mütəxəssis Daniela Stanimirova Daşeva mütəxəssislərlə görüşüb.

Görüş zamanı düzgün məşq prosesinin qurulması və məşq planlarının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları müzakirə olunub.

Seminar sentyabrın 25-dək davam edəcək.