Azərbaycan atleti Anna Yusupova dünya çempionatında 91-ci yeri tutub

Fərdi
  • 21 sentyabr, 2026
  • 09:13
Azərbaycan atleti Anna Yusupova dünya çempionatında 91-ci yeri tutub

Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak edib.

Azərbaycan Atletika Federasiyasından "Report"a verilən məlumata görə, idmançı yarımmarafonda mübarizə aparıb.

A.Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci yeri tutub.

Qeyd edək ki, milli üzvü yarışda şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.