Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
  • 16 noyabr, 2022
  • 14:04
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Türkiyənin paytaxtı Ankarada olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turniri 6 medalla başa vurublar.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, son olaraq qadınların yarışında 76 kq çəki dərəcəsində mübarizə aparan Rahilə Hüseynzadə bürünc medal qazanıb.

Toplamda 179 kq (82+97) nəticə göstərən Hüseynzadə yekun sıralamada 3-cü olub.

Ondan başqa Nazilə İsmayılova (49 kq) 3 bürünc medala sahib çıxıb. Tehran Məmmədov (67 kq) və Ömər Cavadov (73 kq) isə hərəyə bir gümüş medalla kifayətləniblər.