Avstraliyalı üzgüçü yeni dünya rekordu müəyyənləşdirib

Fərdi
  • 14 dekabr, 2018
  • 13:03
Avstraliyalı üzgüçü yeni dünya rekordu müəyyənləşdirib

Bakı. 14 dekabr. REPORT.AZ/ Avstraliyalı üzgüçü Ariarne Titmus 400 metr məsafəyə sərbəst üsulla yarışda yeni dünya rekordu müəyyənləşdirib.

“Report” xəbər verir ki, 18 yaşlı idmançı Çinin Xançjou şəhərində keçirilən dünya çempionatında 3 dəqiqə 53,92 saniyə göstərici ilə qızıl medal qazanmaqla buna nail olub.

Qeyd edək ki, əvvəlki rekord çinli Van Tszyantszyaxeaya məxsusu idi – 3 dəqiqə 53,97 saniyə.