Avropa Kuboku: Azərbaycanın cüdo millisinin heyəti açıqlanıb
Fərdi
- 29 may, 2025
- 19:40
Azərbaycanın böyüklərdən ibarət cüdo millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropa Kubokunda iştirak edəcək.
"Report" xəbər verir ki, yığma yarışda 6 çəki dərəcəsində 8 qadın cüdoçu ilə təmsil olunacaq.
Tatami ustaları yarışa baş məşqçi Amina Abdellatifin rəhbərliyi altında yollanacaq.
Cüdoçulardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Ülviyyə Bayramova (57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Aytac Qardaşxanlı (hər ikisi 70 kq) və Nərmin Əmirli (78 kq) qalib adı uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə mayın 31-dən iyunun 1-dək baş tutacaq yarışa 29 ölkədən 320 idmançı (212 kişi, 108 qadın) qatılacaq.
Son xəbərlər
11:00
SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib
Energetika10:58
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Hadisə10:49
Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq
Elm və təhsil10:44
Dünya Bankı Nepala 260 milyon dollardan çox məbləğdə yardım göstərəcək
Digər ölkələr10:35
Azərbaycanda daha 44 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes10:33
AZAL sərnişinlərə müraciət edib
İnfrastruktur10:31
DSMF: 7 ayda sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 102 milyon manat ödənilib
Maliyyə10:28
Firdovsi Umudov: "Avropa birinciliyində qazanılan 15 medal planlı hazırlıq və intizamın nəticəsidir"
Fərdi10:27