Avropa çempionu olan cüdoçu Nihad Ağayev: "Bu anı çoxdan gözləyirdim"
- 30 iyun, 2026
- 11:53
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Nihad Ağayev bu anı çoxdan gözləyib.
İdmançı bu barədə "Report"a açıqlamasında bildirib.
50 kq çəki dərəcəsində çempion olan cüdoçu yarışla bağlı təəssüratlarını bölüşüb:
"Bu anı çoxdan gözləyirdim. Qızıl medal qazanmağı arzulayırdım. Bu, mənə qismət oldu. Yarışa yaxşı hazırlaşdım. Turnirə yollanmamışdan əvvəl qarşıma çempionluq məqsədi qoymuşdum".
N.Ağayev qarşıdakı hədəflərindən də söz açıb:
"Avqustda dünya çempionatı keçiriləcək. Bu yarışda da qızıl medalı qoruyub saxlamaq istəyirəm".
Xatırladaq ki, Azərbaycanın yeniyetmə cüdoçuları İspaniyadakı yarışın ilk günündə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.