Avropa çempionu Emin Cavadlı: "Mundialda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm"

Fərdi
  • 13 iyul, 2026
  • 11:35
Avropa çempionu Emin Cavadlı: Mundialda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş U-20 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Emin Cavadlı dünya çempionatında da eyni uğuru təkrarlamaq istəyir.

Bu barədə "Report"a 55 kq çəki dərəcəsində çıxış edən idmançı açıqlama verib.

O, qitə birinciliyinin onun üçün çox yaxşı keçdiyini bildirib:

"Turnirə cox yaxşı hazırlaşmışdıq. Qazaxıstanda, həmçinin Bakı və Göygöldə təlim-məşq toplanışları oldu. Bunun da bəhrəsini Avropa çempionatında gördük. Mənim üçün ən yaddaqalan qarşılaşma final görüşü oldu. Əlimdən gələni edəcəyəm ki, U-20 cempionatında da bütün rəqiblərimə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxım".

O, ilk dəfə U-15 Avropa çempionatında güləşdiyini xatırladıb:

"Həmin yarış 2021-ci ildə olmuşdu və medal qazana bilməmişdim. U-15-də baş tutmayan arzum U-20 yaş qrupunda həyata keçdi".

Qeyd edək ki, Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana "tuş"la qalib gələrək Avropa çempionu olub.

44 filmi