Avropa çempionatına vəsiqə qazanan Azərbaycan atleti: "Bu yarışda da əlimdən gələni edəcəyəm"

Fərdi
  • 27 fevral, 2025
  • 11:45
Avropa çempionatına vəsiqə qazanan Azərbaycan atleti: Bu yarışda da əlimdən gələni edəcəyəm
Rüstəm Məmmədov

Bu yarışda da uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm.

Bunu "Report"a açıqlamasında martın 6-9-u aralığında Niderlandın Apeldorn şəhərində qapalı məkanda keçiriləcək Avropa çempionatına vəsiqə qazanan Azərbaycan atleti Rüstəm Məmmədov deyib.

Üçtəkanla tullanma növündə çıxış edən idmançı əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Bu yarış mənim üçün çox vacib idi. Çünki şəxsi rekordumu yenilədim, 16,54 metr nəticə göstərdim. Bunun üçün çox şadam. Çünki Avropa çempionatına vəsiqə də qazandım. Məqsədim bu yarışda da layiqli çıxış etmək, şəxsi nəticəmi daha da yaxşılaşdırmaqdır. Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Təbii ki, medal qazanmağa da çalışacağam. Çox güclü rəqiblərin olduğunu da bilirəm. Bu, böyüklər arasında ilk Avropa çempionatım olacaq. Daha əvvəl U-18 Avropa çempionatında üçüncü yeri tutmuşdum".

Qeyd edək ki, Rüstəm Məmmədov bu ay Serbiyanın paytaxtı Belqradda keçirilmiş Balkan çempionatında da qızıl mükafat əldə edib.

44 - Tezliklə