Avropa çempionatı: Olimpiya mükafatçımız mübarizəyə başlayır
Fərdi
- 08 aprel, 2021
- 06:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 4 taekvondoçusu bu gün Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında mübarizəyə başlayır.
"Report"un məlumatına görə, kişilər arasında 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə 1/8 finalda Mateya İvanoviç (Serbiya) ilə üz-üzə gələcək.
58 kq-da yarışan Pərviz İsgəndərov 1/16 finalda Stepan Dmitrovla (Moldova) qarşılaşacaq.
Qadınlardan Minayə Əkbərova (46 kq) 1/8 finalda Almaniyanı təmsil edən Özlem Gürüzün, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Patimat Abakarova (49 kq) eyni raundda Martina Korellinin (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.
Son xəbərlər
23:39
Foto
Araz çayında balıqların sayı artıb
Ekologiya
23:21
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Region
23:12
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
23:09
Türkiyə "Meta"nı məhkəməyə vermək istəyir
Region
22:57
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Hadisə
22:55
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır
Xarici siyasət
22:37
Foto
Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb
Fərdi
22:21
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir
Digər ölkələr
22:14
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
Digər ölkələr