Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib
Fərdi
- 19 oktyabr, 2022
- 13:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan boksçusu Anaxanım İsmayılova Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Federasiyadan "Report"a verilən məlumata görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Yaroslava Marinçuka (Ukrayna) 3:2 (30:27, 29:28, 30:27, 27:30, 27:30) hesabı ilə qalib gəlib.
İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. O, növbəti döyüşündə irlandiyalı Katlin Fryerslə üz-üzə gələcək. Görüş oktyabrın 21-də olacaq.
Qeyd edək ki, 1/4 finalda yığmanın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək.
Son xəbərlər
14:45
Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb
Region
14:42
Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
Digər ölkələr
14:42
İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib
Digər ölkələr
14:35
Foto
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Daxili siyasət
14:31
Foto
BTQ: Fransa Polineziyası təbii sərvətlər üzərində suverenliyi qətnaməsini qəbul edib
Xarici siyasət
14:15
Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün heyəti müəyyənləşib
Futbol
14:13
Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır
Xarici siyasət
14:10
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət
14:06
Namiq Novruzov: Avropa çempionatı Deflimpiya hərəkatının böyük nailiyyətlər əldə etməsinə təkan verəcək
Fərdi