Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb
Fərdi
- 06 iyul, 2023
- 18:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 17-yə qədər olan oğlanların yarışında birdən qaldırma hərəkətində 137 kq-ı ram edərək 1-ci yeri tutub.
Təkanla qaldırmada 162 kq-ı başı üzərinə qaldıran "Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi eyni uğuru təkrarlayıb.
Toplam 299 kq (137+162) nəticə göstərən atlet yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Son xəbərlər
10:24
Bu ilin 9 ayında Azərbaycanda 20 milyon tona yaxın neft hasil edilib
Digər
10:22
Rusiya İranda Rəşt-Astara dəmir yolunun inşasına gələn il başlamağı planlaşdırır
İnfrastruktur
10:22
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
Daxili siyasət
10:14
Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib-2
Xarici siyasət
10:13
Qazaxıstan yük tranzitini 100 milyon tona qədər artırmaq niyyətindədir
İnfrastruktur
10:12
Foto
Azərbaycanla BMqT arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
Digər
10:08
Foto
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
Hadisə
10:04
Foto
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
Fərdi
10:01
Foto
Bakıda Azərbaycan və İtaliya arasında axtarış-xilasetmə sahəsində ekspert görüşü keçirilib
Hərbi