Ravin Alməmmədov: "Ermənistan təmsilçiləri ilə eyni çəkidə yer almağım əlavə təzyiq yaratmadı"
- 05 noyabr, 2025
- 18:56
Ermənistan təmsilçiləri ilə eyni çəkidə yer almaq Albaniyanın Dürres şəhərində keçirilmiş Avropa birinciliyində qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədova (79 kq) əlavə təzyiq yaratmayıb.
"Report"un məlumatına görə, idmançı bu barədə Bakıdakı qarşılama mərasimində jurnalistlərə açıqlama verib.
"Mənim üçün bunun heç bir fərqi yoxdur. Psixoloji olaraq heç bir təzyiq yaratmır. İnanıram ki, bundan sonra daha da yaxşı nəticələr əldə edəcəyəm. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyinə, məşqçilərimə təşəkkür edirəm. Onların üzərimizdə böyük əziyyəti var".
Turnirdə üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov (64 kq) yarışa yaxşı hazırlaşdıqlarını söyləyib:
"Öz çıxışımdan razıyam. Artıq böyüklər arasında yarışlara qatılacağam. Orada da yeni uğurlar qazanmaq niyyətindəyəm. Özümə inanıram".