AVF prezidenti "Murov Az Terminal" klubunun bazasında olub
Fərdi
- 02 avqust, 2024
- 09:31
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” klubunun təlim-məşq bazasında olublar.
AVF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə görüşüblər.
“Murov Az Terminal”ın prezidenti Cavid Kərimov burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
Daha sonra federasiya prezidenti “Murov Az Terminal” klubunun yeni təmir olunmuş trenajor zalının açılışını edib.
Qeyd edək ki, “Murov Az Terminal” klubu Yüksək Liqa yarışları ilə yanaşı, aşağı yaş qruplarının yarışlarında da qız və oğlan komandaları ilə təmsil olunur.
Son xəbərlər
07:48
Uitkoff İranla məsləhətləşmələri uğurlu adlandırıb
Digər ölkələr07:16
Böyük Britaniyada informasiya hücumlarına qarşı mərkəz yaradılacaq
Digər ölkələr06:51
Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika06:17
Foto
Yalçın Rəfiyev BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib
Xarici siyasət06:11
Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib
Xarici siyasət06:05
AİB: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Maliyyə05:32
İspaniya gələn ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandıracaq
Digər ölkələr05:04
Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ keçiriblər
İKT05:01