Astarada şose qaçışı üzrə ölkə birinciliyi keçirilib

Fərdi
  • 04 oktyabr, 2026
  • 18:12
Astarada şose qaçışı üzrə ölkə birinciliyi keçirilib

Astarada Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə ölkə birinciliyi keçirilib.

"Report" xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Yarışda respublikanın müxtəlif bölgələrindən 2009–2010 və 2011–2012-ci il təvəllüdlü atletlər dörd kateqoriya üzrə mübarizə aparıblar.

Oğlanlar arasında 500 metr məsafəyə qaçışda Astara təmsilçisi Rəvan Gülverdizadə, 1000 metr məsafədə isə Gəncə idmançısı Rinad İbrahimov bütün rəqiblərini qabaqlayıb.

Qızların mübarizəsində isə 300 və 500 metr məsafələrə qaçışda müvafiq olaraq Xızı və Astara təmsilçiləri Aişə Vəlili və Gülnar Qeybiyeva ölkə birinciliyinin qalibi olublar.